Gözlər bu həftə nəhəng mərkəzi banklarda olacaq | Banco.az

Gözlər bu həftə nəhəng mərkəzi banklarda olacaq

İqtisadiyyatların koronavirus pandemiyası səbəbilə dayanma nöqtəsinə gəldiyi bu həftədə gözlər Fed və AMB-yə çevrilib

Qlobal mərkəzi banklar, faiz nisbətlərini rekord aşağı səviyyələrə endirmələri və qiymətli kağız alışları yolu ilə trilyonlarla dollar xərcləyəcəklərinə dair öhdəliklərinə qarşı, koronavirusun səbəb olduğu böhrandan çıxa bilmək məqsədilə iqtisadiyyatlarını dəstəkləmək üçün daha çoxunu etmələri üçün təzyiq altında qalmağa davam edirlər.

Həftətinin ilk gün Yaponiya Mərkəzi Bankının (BoJ) ardından bu həftə ABŞ və Avropa  Mərkəzi Banklarının da yığıncağı keçiriləcək.  

İqtisadçılar bildirilər ki, virus böhranının həddindən artıq güclü olması mərkəzi bankları mümkün olanın limitlərini daha da genişləndirməyə məcbur edir. 

FED

ABŞMərkəzi Bankının (Fed) 28-29 Apreldəki yığıncağı Yanvar ayından bu yana ilk qrafikə uyğun yığıncaq olacaq. Bu il Mərkəzi Bank növbədənkənar yığıncaqlarda faizi azaltmışdı.

Fed faizi sıfıra yaxın səviyyələrə endirib və bazarlara kömək olmaq və şirkətlərin kredit axınını davam etdirmək üçün bir sıra təcili və fövqəladə kredit imkanları təqdim edib. Fed-in balansı hal-hazırda 6.57 trilyon dollara çatmış vəziyyətdədir.

Bloomberg-in sorğusuna qatılan iqtisadçılar bu həftəki yığıncaqdan ciddi dəyişikliklər gözləmirlər.  

Ancaq sərmayəçilər Fed sədri Jerome Powell-in çıxışından Fed-in böhranın nə qədər dərinə enə biləcəyinə dair qorxularına və yığışma proqnozlarına istiqamətli işarələr axtaracaqlar.

AMB

Avropa Mərkəzi Bankı (AMB) Cümə axşamı günü (30 Apreldə), hökumətlərin ortaq maliyyə addımı mövzusunda müzakirələri davam edərkən, çiyinlərində ağır bir yük daşıyaraq yığıncağını reallaşdıracaq.

Sədr Christine Lagarde-ın liderlərə keçən həftə "çox azını etmiş və çox gec qalmış ola biləcəklərini" söyləməsinin və Avro Bölgəsi iqtisadiyyatının bu il 15%-ə  qədər azala biləcəyi xəbərdarlığını etməsinin ardından, ölkə liderləri hələ də xilasetmə fondunun necə yaradılacağı mövzusunda razılaşa bilmirlər.

Ən sərfəli kredit üçün müraciət et

İqtisadçıların çoxu AMB-nin pul siyasətini bu həftə sabit saxlayacağını gözləyirlər. Bank son dövrdə yalnız qiymətli kağız alışlarını bu il bir trilyon avrodan daha çox artırmaq öhdəliyini açıqlayıb və bankların şirkətlərə daha asan kredit vermələrini təmin edib

Bir sıra iqtisadçılar AMB-nin 750 milyard avro olan pandemiya satınalma proqramının həcmini Cümə axşamı günü artıra biləcəyini gözləyirlər. İqtisadçılar bu addımın Sentyabr ayına qədər atıla biləcəyini nəzərdə tuturlar.

Yaponiya Mərkəzi Bankı (BoJ) dünən keçirilmiş iclasında faizlərdə dəyişiklik etməyib. Lakin xəzinə istiqrazları alışlarına dair məhdudiyyəti ləğv edib. Bank şirkət istiqrazları alışlarını da artırıb.

DÜNYA İQTİSADİYYATINDA

Azərbaycan, Qazaxıstan, Macarıstan, İsveç, Gürcüstan, Keniya, Bostvana, Dominik Respublikası, Kolombiya və Qvatemala mərkəzi bankları faiz qərarlarını açıqlayacaqlar.

ABŞ, Avro Bölgəsi, Fransa, İspaniya, İtaliya, Meksika, Tayvan, Belçika, Avstriya, Latviya və Litva ilk rüb ümumi daxili məhsul rəqəmlərini açıqlanacaqlar.

Çində PMI rəqəmləri açıqlanacaq.

marja

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et