Gözlənilən gəlir (Expected return) yatırılan investisiyadan gələcəkdə əldə edilməsi ehtimal olunan gəlirdir ki, bu ehtimallar da müxtəlif olur.
Məsələn investor yatırım etdiyi səhmə görə müəyyən edir ki, 50% ehtimalla o, 10% gəlir əldə edəcək, lakin 50% ehimal da var ki, o, zərərə uğraya bilər və bu zərər 5%-dir. Gözlənilən gəlir isə belə hesablanır:
GG=0.5x0.1+0.5x(-0.05)=0.025
Belə nəticəyə gəlirik ki, investor 2.5% ehtimalla gəlir əldə edəcək və onun gözlənilən gəliri 2.5%-dir. Nəzərə almaq lazımdır ki, bir investisiyaya görə bir neçə müxtəlif gəlir və ya zərər ehtimalları ola bilər amma yadda saxlamaq lazımdır ki, bu ehtimalların cəmi 100%-dir.
Bir başqa misala baxaq:
Ehtimalların sayı |
Ehtimallar |
Gəlir |
1 |
10% |
50% |
2 |
15% |
40% |
3 |
25% |
30% |
4 |
50% |
-20% |
Bu cədvəldən gördüyümüz kimi investorun yatırımına görə müxtəlif gəlir və zərər ehtimalları mövcuddur. Gözlənilən gəlir isə bərabərdir:
EXPECTED RETURN (gözlənilən gəlir)= 0.10(50%)+0.15(40%)+0.25(30%)+0.50(-20%)=8.5%