Görmə qüsuru olan şəxslər üçün Türkiyə istehsalı ağıllı əsa | Banco.az

Görmə qüsuru olan şəxslər üçün Türkiyə istehsalı ağıllı əsa

Türkiyədə təşəbbüskarçı bir qrupun ultrasəs sensorlardan istifadə edərək istehsal etdikləri əsalar, görmə qüsuru olanlara qarşılarına çıxan maneələrlə bağlı xəbərdarlıq siqnalı verir və həmin şəxslərin həyatını asanlaşdırır.

İnsanların həyatını dəyişdirən texnoloji yeniliklər inkişafın ən mühim göstəricisidir. Bir vaxtlar görmə qüsuru olan şəxslər üçün ən uğurlu köməkçi vasitə xüsusi olaraq öyrədilən itlər idisə, artıq yeni bir həll yolu tapılmışdır. Görmə qüsuru olan şəxslər üçün istehsal edilən asan istifadə olunan təlimat dəstləri və ya geyinilə bilən texnoloji vasitələr kimi vacib icadlara yeni bir növü daha əlavə edilir.

Görmə qüsuru olanlar üçün istehsal edilən cihazlarda vibrasiya xüsusiyyəti həyati əhəmiyyət daşıyır. Bazara yenicə daxil olan “WeWALK” da bu məntiqə əsasən istehsal edilən bir cihazdır. “Young Guru Academy” tərəfindən istehsal edilən “WeWALK”, inkişaf etmiş maneə təsbit etmə texnologiyası sayəsində görmə qüsurlu şəxslərin həyatını asanlaşdırmağı hədəfləyir. Cihaz ultrasəs sensorları sayəsində şəxsin qarşısındakı maneəni müəyyən edib vibrasiya xüsusiyyəti vasitəsilə istifadəçisinə dərhal xəbərdarlıq edir.

Ən sərfəli kredit üçün müraciət et

Açıq mənbə kodu ilə istehsal edilən bu texnoloji avadanlığa proqram yüklənilməsi də mümkündür. Əsada olan mikrofon da “Google Map” kimi naviqasiya tətbiqlərini istifadəyə imkan yaradaraq istiqaməti göstərə bilir. “Uber” və başqa firmalarla gələcəkdə əməkdaşlıq edilməsi halında da görmə qüsurlu şəxslərin daha rahat səyahət edə bilmələri hədəfə alınır. “WeWALK” həmçinin səsli həyəcan siqnalı, LED təhlükəsizlik işığı, bilək üçün lent və tutmaq üçün yumşaq qulpa sahibdir.

Tamara Mustafayeva, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et