“Google”un törəmə şirkəti Hindistanda PUA istehsalına başlamağı planlaşdırır | Banco.az

“Google”un törəmə şirkəti Hindistanda PUA istehsalına başlamağı planlaşdırır

Müəllif:Ayşən İmanova/Banco.az

"Google" texnologiya korporasiyasının törəmə müəssisəsi olan “Wing” şirkəti Hindistan bazarında genişlənmə planları çərçivəsində Tamil Nadu əyalətində pilotsuz uçuş aparatlarının (PUA) istehsalını nəzərdən keçirir.

Banco.az xəbər verir ki, şirkət artıq ştatın səlahiyyətliləri ilə PUA zavodunun işə salınması ilə bağlı danışıqlar aparır. Əgər danışıqlar uğurla nəticələnərsə, Cənubi Asiya ölkəsində istehsal olunan PUA-lar ABŞ və Avstraliyaya ixrac ediləcək.

Məlumata görə, Hindistan pilotsuz uçuş aparatları bazarında eksponent artım müşahidə olunacaq. Proqnozlara görə, 2030-cu ilə qədər Hindistanda dron bazarının həcmi 13 milyard dollara çatacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et