Googledan məntiq əjdahalarını belə çaşdıracaq 4 məntiqi müsahibə sualı | Banco.az

Googledan məntiq əjdahalarını belə çaşdıracaq 4 məntiqi müsahibə sualı

Google  öz korporativ uğurları ilə yanaşı, işə müraciət edən namizədlərə verdiyi çətin suallarla tanınan bir şirkətdir. Bəs siz bu suallardan neçəsinə cavab verə bilərdiniz?

    1. Ölü adam

Səhranın ortasında bir adam əlində bir kibrit çöpü ilə ölü tapılır və səhrada hər hansı bir insan izi yoxdur.  Bu adam niyə və necə öldürülmüşdür?

Cavab: Əslində bu sual namizədlərin hadisələri təsəvvür etmə bacarığını yoxlayır. Həmin ölü adam qəza etməsi ehtimalı olan və istiqamətini itirmiş bir təyyarədən tullanarkən ölmüşdür.  Sərnişin sayı, təyyarədəki paraşüt sayından çox olduğu üçün  sərnişinlər arasında kibrit çöpü çəkilir. Kim qısa kibrit çöpü çəkərsə, o təyyarədən paraşütsüz tullanmaq məcburiyyətindədir. Görünən odur ki, həmin ölü adam qısa kibrit çöpü çəkdiyi üçün təyyarədən paraşütsüz tullanmışdır.

 

    2. 4 Litr su

Əlinizdə 5 litrlik və 3 litrlik banka vardır. 4  litrlik su doldurmaq üçün həmin suyu necə ölçərsiniz?

Cavab: Əvvəlcə 5 lirtlik bankanı su ilə doldurun, doldurduqdan sonra həmin 5 litrlik suyu 3 litrlik bankaya boşaldın. Sonra 3 litrlik bankanın içindəki suyu boşaldın. Daha sonra 5 litrlik bankanın içindəki 2 litrlik suyu 3 litrlik bankaya boşaldın. Sonra beş litrlik bankanı yenidən doldurun və 3 litrlik bankanın dolması üçün 5 litrlik bankanın 1 litrini həmin bankaya boşaldın. Beləliklə, sizin 5 litrlik bankanızda 4 litr həcmində su olacaqdır.

Ən sərfəli kredit üçün müraciət et

    3. Ayı

Bütün tərəfləri cənuba baxan bir ev tikdiniz. Birdən bir ayı peyda olur. O nə rəngdə olacaqdır?

Cavab: Yalnız şimal qütbündə bütün istiqamətlər cənuba yönəlir. Ona görə də, həmin ayı ağ rəngdə olacaqdır.

    4. Bilyard topları

8 bilyard topu vardır. Onların hansının ağır olduğunu müəyyənləşdirmək üçün  ağırlıq istifadə  etmədən tərəzidə neçə dəfə öçmək lazımdır? 

Cavab:  İki dəfə. Belə ki, bilyard toplarını üç qrup üzrə bölürük. Birinci və ikinci qrupda üç bilyard topu olmalı, sonuncu qrupda isə iki top olacaqdır. Sonra 3  bilyard topu olan iki  qrupu tərəziyə qoyub müqayisə edirik. Əgər tərəzidəki qruplardan  biri daha ağır olarsa,  ağır olan qrupdan hər hansı  iki top götürüb bir-biri ilə müqayisə edirik.  Götürdüyümüz iki bilyard topunun çəkisi bir-birinə bərabərdisə deməli həmin qrupdakı üçüncü top daha ağırdır. Yox əgər  hər  birində  üç bilyard topu olan qrupların çəkisi bir-birinə bərabər olarsa, iki bilyard topu olan üçüncü qrupun toplarını bir-biri ilə müqayisə edəcəksiniz. 

Ən sərfəli krediti almaq üçün müraciət et