Müəllif:Mehin Qasımova/Banco.az
Amerikanın "Google" şirkəti xərcləri azaltmaq üçün əlavə reallıq və aparat inkişafı sahələrində yüzlərlə mütəxəssisi işdən çıxaracaq.
Banco.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
"2023-cü ilin ikinci yarısında komandalarımızın tərkibində onların işinin səmərəliliyini artırmaq, həmçinin resursların şirkətin prioritetlərinə uyğun olaraq bölüşdürülməsini təmin etmək üçün bir sıra dəyişikliklər edilib", - deyə şirkətin nümayəndəsi bildirib.
Həmçinin qeyd edilib ki, komandalarda kadr dəyişiklikləri davam edəcək, o cümlədən bəzi vəzifələrin ixtisarı da gözlənilir.
Bloomberg mənbələrinə görə, ixtisarlar "Google Assistant" səsli köməkçisi, əlavə reallıq avadanlığı və digər avadanlıqların tərtibatçılarına təsir edəcək.
Öz növbəsində,Alphabet işçilərinin birliyi (Google-a məxsusdur) X sosial şəbəkəsində (keçmiş Twitter) dərc edilmiş bəyanatda korporasiyanın iş yerlərini ixtisar etmək planlarını tənqid edib:
"Həmkarlarımız istifadəçilər üçün yüksək keyfiyyətli məhsullar yaratmaq üçün hər gün çox çalışırlar. Şirkət hər rüb milyardlarla qazanc əldə etməklə yanaşı, işçilərini ixtisar etməyə davam edə bilməz".
Bizi sosial şəbəkələrdən izləyin!!