"Google" yeni süni intellekt texnologiyası "MusicLM"i təqdim edib | Banco.az

"Google" yeni süni intellekt texnologiyası "MusicLM"i təqdim edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Google” yazılan mətnlərdən musiqi bəstələyən yeni süni intellekt texnologiyası “MusicLM”i elan edib.

Banco.az xəbər verir ki, “Google” bu yaxınlarda yeni süni intellekt texnologiyası hazırlayıb. “MusicLM” adlanan bu texnologiya musiqinin dizaynına, bəstələnməsinə və istehsalına süni intellekt toxunuşu gətirir.

Belə ki, bu yeni texnologiya yazılan mətnləri musiqiyə çevirə bilir. 280 min saatlıq musiqi və səs bazası ilə təchiz edilən süni intellektin musiqi sənayesində yeni bir dövrün başlanğıcını qoyacağı söylənilir.

Müxtəlif musiqi janrlarını və instrumental alətləri birləşdirən “MusicLM” hələ istifadəyə verilməyib. Bunun əsas səbəbi kimi şirkətin müəllif hüquqları ilə bağlı mümkün risklərdən ehtiyat etməsi göstərilir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et