"Google" yeni addımı ilə 2 qitəni birləşdirəcək | Banco.az

"Google" yeni addımı ilə 2 qitəni birləşdirəcək

Tamara Mustafayeva, Banco.az

"Google" şirkəti yeni internet kabeli vasitəsilə iki qitəni birləşdirməyə hazırlaşır.

Banco.az xarici mətbuata istinadla bildirir ki, texnologiya nəhəngi şirkət ABŞ, İngiltərə və İspaniyanı bir-biri ilə əlaqələndirmək üçün Atlantik Okeanın dərinliklərindən minlərlə kilometr uzunluğu olan fiber-optik internet kabeli çəkib.

6 min 250 kilometr uzunluqlu yeni nəsil fiber-optik kabel saniyədə 350 terabayt həcmində məlumat ötürmə potensialına malikdir. Gələn il istifadəyə veriləcək kabelə informasiya texnologiyaları dünyasının aparıcı simalarından Amerikalı proqramçı Qreys Hopperin adı verilib.

Hopper proqramlaşdırma xətaları üçün "bug" terminindən ilk dəfə istifadə edən şəxs kimi adını tarixə yazdırmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, "Google" şirkəti növbəti illərdə Atlantik Okeanın dərinliklərindən Amerika və Afrika qitələrini əlaqələndirməsi nəzərdə tutulan fiber-optik kabellər də çəkməyi planlaşdırır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et