Tamara Mustafayeva, Banco.az
Google şirkəti yapon mətbəxi, səyahət etmək və əyləncə parklarından ötrü darıxanlar üçün virtual səyahət imkanı yaradıb. Texnologiya nəhəngi "Umami Land" adlı yeni internet saytı ilə onlayn əyləncə parkı hazırlayıb.
Google şirkətinin yeni virtual səyahət layihəsi "Umami Land" sayəsində nəhəng təamların olduğu bölgələri kəf edə və yol boyunca yapon mətbəxi haqqında müfəssəl məlumat əldə edə bilərsiniz. Yaponiyanın tərkibində nişasta olan əsas yeməklərini xatırladan dizaynı ilə "Main Rice Street" hissəsindən başlayaraq əriştələrin məskunlaşdığı "Long Valley" ərazisini və şirniyyat bölməsi olan "Sweet Kingdom" kimi yerləri ziyarət edə bilərsiniz.
"Umami Land", əslində “kawaii” adı verilən əyləncəli yapon mədəniyyəti kimi xarakterizə edilsə də, sadəcə bundan ibarət deyil. Burada qarşınıza çıxan hər yeməyin üzərinə kilkləyərək axtarış edə və həmin yeməyin hazırda olduğunuz yerin yaxınlığında servis edilib-edilmədiyini öyrənə bilərsiniz.
Bizi sosial şəbəkələrdən izləyin!!