“Google” yanlış məlumatı silməkdən imtina etdiyi üçün cərimələndi | Banco.az

“Google” yanlış məlumatı silməkdən imtina etdiyi üçün cərimələndi

Müəllif:Ayşən İmanova/Banco.az

Moskvanın Taqanski Məhkəməsi “Google”u Rusiya Silahlı Qüvvələri haqqında saxta məlumatları silməkdən imtina etdiyinə görə 4 milyon rubl cərimələyib.

Banco.az xəbər verir ki, bu barədə paytaxtın ümumi yurisdiksiya məhkəmələrinin “Telegram” kanalında məlumat verilib.

"Google”u Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 13.41-ci maddəsinin 2-ci hissəsinə əsasən inzibati xəta törətməkdə təqsirli hesab edərək 4 milyon rubl məbləğində inzibati cərimə şəklində cəza tətbiq edilsin", - deyə hakim qərarını elan edib.

Şirkətə qarşı protokolun tərtib edilməsinə internetdə hansı məlumatların səbəb olduğu açıqlanmır.

Qeyd edək ki, əvvəllər sözügedən məhkəmə inzibati xətalara görə “Google”u dəfələrlə cərimələyib.