Müəllif: Tamara Mustafayeva, Banco.az
“Google” Vertex AI-də süni intellekt dəstəyini hamılıqla əlçatan edir.
Banco.az xəbər verir ki, “Google” şirkətin maşın öyrənmə platforması Vertex AI-də generativ süni intellekt dəstəyinin artıq ümumi istifadəyə verildiyini açıqlayıb.
Şirkət bunu dünən Mauntin Vyu şəhərində yerləşən Bayvyu Kampusunda müştərilər və tərəfdaşlar üçün keçirilən kiçik görüşdə elan edib. İndiyə qədər bu imkanların çoxu yalnız etibarlı sınaqçılar üçün mövcud idi.
Qeyd edək ki, “Google”un PaLM 2, Imagen və Codey kimi modellərinə əsaslanan Vertex AI tərtibatçılara mətnlərin yaradılması və təsnifatı, ChatGPT kimi çoxtərəfli söhbət alətləri, semantik axtarış və tövsiyə mühərrikləri kimi tapşırıqlar üçün mətn daxil edən API funksiyalarına giriş təklif edir.
Bizi sosial şəbəkələrdən izləyin!!