Müəllif: Tamara Mustafayeva, Banco.az
“Google” və “SpaceX” bulud xidmətləri ilə bağlı müqavilə imzalayıblar.
Banco.az xəbər verir ki, ABŞ-li milyarder iş adamı İlon Maskın baş icraçı direktoru olduğu kosmos və aviasiya şirkəti “SpaceX”, “Google” şirkətinə hesablama gücünün təqdim edilməsini nəzərdə tutan bulud xidmətləri müqaviləsi imzaladığını açıqlayıb.
Şirkətin ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) təqdim etdiyi bildirişdə qeyd olunub ki, müqavilə çərçivəsində təqdim ediləcək hesablama infrastrukturu təxminən 110 min “Nvidia” qrafik emal prosessoru (GPU), eləcə də mərkəzi emal prosessorları (CPU), yaddaş resursları və digər əlaqəli komponentlərdən ibarət olacaq.
Razılaşmaya əsasən, “Google” 2026-cı ilin oktyabr ayından 2029-cu ilin iyun ayınadək “SpaceX” şirkətinə aylıq 920 milyon dollar ödəniş edəcək.
Bildirilib ki, təqdim olunacaq infrastruktur gücü sentyabr ayının sonunadək mərhələli şəkildə artırılacaq. Bu keçid dövründə isə daha aşağı tariflər tətbiq ediləcək.
Müqaviləyə əsasən, “Google” məzmunlar, süni intellekt modelləri və onlarla bağlı məlumatlar üzərində mülkiyyət və intellektual mülkiyyət hüquqlarını qoruyub saxlayacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!
