"Google" və "Microsoft" bu ölkədən daha çox elektrik enerjisi istifadə edir | Banco.az

"Google" və "Microsoft" bu ölkədən daha çox elektrik enerjisi istifadə edir

Müəllif: Tamara Mustafayeva, Banco.az

"Google" və "Microsoft" texnologiya şirkətləri İordaniya, İslandiya, Şimali Koreya və Qana kimi ölkələrdən daha çox elektrik enerjisi istehlak edirlər.

Banco.az xəbər verir ki, rəqəmsal texnologiya sahəsindəki inkişaflarla bu sahədə fəaliyyət göstərən şirkətlərin böyüklüyü günü-gündən artır.

"Companies Market Cap" tərəfindən təqdim olunan məlumatlara görə, "Google", "Apple" və "Microsoft" kimi şirkətlərin də daxil olduğu 10 ən dəyərli texnologiya şirkətinin bazar dəyəri 2023-cü ildə ümumi daxili məhsulu (ÜDM) 17,6 trilyon dollar olan Çini geridə qoyub. Texnologiya şirkətlərinin sahibləri də sərvətləri ilə ən varlıların sadalandığı siyahılara başçılıq etməkdə davam edir. Siyahıda ilk 10-luqda olan digər iş adamlarından 8-i texnologiya biznesindədir.

Texnologiya şirkətləri tərəfindən istehlak edilən elektrik enerjisinin miqdarı da onların ölçüləri ilə birbaşa mütənasib olaraq əhəmiyyətli dərəcədə artır.

"Visual Capitalist" saytındakı məlumatlardan toplanan məlumata görə, "Google" və "Microsoft" ayrı-ayrılıqda ildə 24 teravatt/saat elektrik enerjisi istehlak edirlər. Bu iki şirkət 11 milyon əhalisi olan İordaniya (20 teravatt/saat), 400 min əhalisi olan İslandiya (19 teravatt/saat), 34 milyon əhalisi olan Qana (19 teravatt/saat) və 26 milyon əhalisi olan Şimali Koreya (18 teravatt/saat) kimi ölkələrdən daha çox elektrik enerjisi istehlak edir. 

Ən sərfəli kredit üçün müraciət et

İki texnologiya şirkətinin ümumi istehlakı 48 teravatt/saata uyğun gəlir ki, bu rəqəm onların əhalisi 223 milyon olan Nigeriyadan (31 teravatt/saat) daha çox elektrik enerjisi istehlak etməsi deməkdir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram