Google və Facebook şirkətləri 2017-ci ildə Çin istisna olmaqla bütün dünya üzrə rəqəmli reklama çəkilən xərclərin 84%-ni əldə edəcəkdir. Bu barədə WPP reklam konserninə məxsus GroupM agentliyinin hesabatında deyilir. Agentliyin proqnozuna görə 2018-ci ildə reklama çəkiləcək qlobal xərclər 4,3% artaraq 23 milyard dollar təşkil edəcəkdir ki, və bunu da məhz rəqəmli seqment təşkil edəcəkdir.
Gözlənilir ki, 2018-ci ildə televiziya reklamlarına çəkilən xərclər 2,2%, rəqəmli reklam isə 11,3% artacaqdır. 2017-ci ildə 17 ölkədə, Böyük Britaniya və Almaniyada daxil olmaqla rəqəmli mediada reklama çəkilən xərclər televiziya reklam çarxlarına çəkilən xərclərdən çox olacaqdır.
Ümumiyyətə internetdə reklam yerləşdirənlərin xərcləri televiziyada reklam verənlərin büdcələrini ötən 3 rübün göstəricilərinə görə ötüb keçmişdir.
mənbə: digitalazerbaijan.az