"Google Translate"ə 110 yeni dil əlavə ediləcək | Banco.az

"Google Translate"ə 110 yeni dil əlavə ediləcək

Müəllif:Ayşən İmanova/Banco.az

“Google” texnologiya korporasiyası “Google Translate”ə 110 yeni dil əlavə edəcək.

Banco.az xəbər verir ki, bu barədə şirkətin saytında dərc olunmuş məlumatda qeyd olunub.

"Tətbiq etdiyimiz dillərin sayını artırmaq üçün süni intellekt texnologiyasından istifadə edirik. Nəhəng "PaLM 2" dil modelimizlə "Google Translate"ə tariximizdəki ən böyük genişlənmə olan 110 yeni dili əlavə edəcəyik", - deyə məlumatda bildirilib.

Əlavə olunacaq dillər arasında avar, başqırd, buryat, çeçen, çuvaş, osetin, udmurt, çukça, tuvan, yakut, krım-tatar, tibet və s. var.

Ən sərfəli kredit üçün müraciət et

Məlumata görə, ümumilikdə 614 milyon insan və ya dünya əhalisinin 8%-i bu dillərdə danışır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et