Müəllif:Ayşən İmanova/Banco.az
“Google” şirkəti ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın andiçmə fonduna 1 milyon dollar bağışlayıb.
Banco.az xəbər verir ki, bu barədə “Politico” korporasiyaya istinadən məlumat yayıb.
Qeyd olunur ki, “Google” bundan əvvəl də inauqurasiyalara pul bağışlayıb. Belə ki, şirkət 2016 və 2020-ci illərdə keçirilən mərasimlərə maliyyə dəstəyi göstərərək hər birinə 285 min dollar ianə edib.
“Google 2025-ci ilin İnauqurasiya mərasimini “YouTube”da canlı yayım və ana səhifəmizdə birbaşa keçidlə dəstəkləməkdən məmnundur”, - deyə nəşr “Google”un hökumət işləri və ictimai siyasət şöbəsinin rəhbəri Karen Bhatiyadan sitat gətirir.
Xatırladaq ki, "Google" ilə yanaşı "Meta", "Amazon", "OpenAI" və "Apple" kimi digər böyük Amerika şirkətləri də inaqurasiya fonduna maliyyə dəstəyi verib.