Müəllif: Tamara Mustafayeva, Banco.az
Süni intellekt investisiyaları “Alphabet”in əsas biznes istiqamətlərinə müsbət təsir göstərməyə başlayıb.
Banco.az xəbər verir ki, “Google”un ana şirkəti “Alphabet”in balans hesabatına görə, “Google”un bulud hesablama biznesindən əldə etdiyi gəlir illik 35 faiz artaraq üçüncü rübdə 11,4 milyard dollara çatıb.
Şirkətin ümumi gəliri isə 16 faiz artaraq 74,6 milyard dollara çatıb.
Səhm başına xalis mənfəət də analitiklərin 1,84 dollar proqnozlarını üstələyərək 2,12 dollara çatıb.
Qeyd edək ki, istifadəçilərə təklif olunan süni intellekt xidmətlərinin qiymətinin azalması gəlirliliyin artmasında təsirli olub.
“Global X ETFs” analitiki İdo Kaspinin fikrincə, “Google”un bulud hesablamalarından əldə etdiyi gəlirlərin artması bizneslərdə süni intellektin artan istifadəsi ilə davam edəcək.
Bizi sosial şəbəkələrdən izləyin!!