Google şirkəti hakerlərə pul ödəyəcək | Banco.az

Google şirkəti hakerlərə pul ödəyəcək

“Google” mütəmadi olaraq Androidin təhlükəsizlik sistemlərini və “Pixel” modelinin xüsusi smartfonlarını yeniləyir. Bu layihədə istifadəçilərin özləri də iştirak edə bilərlər.

“Google” şirkəti "yaşıl robot"un qoruyucu sistemlərindəki çatışmazlıqları aşkarlayanlara veriləcək mükafatın artırıldığını elan edib.  İndi bu işdə marağı olanlar nəinki öz qacet şifrələrini qanuni şəkildə sındıra biləcəklər, həm də külli miqdarda pul qazana biləcəklər.

“Android Security Rewards” proqramı Google Pixel ailəsinin (hazırda Pixel 4 istisna olmaqla) smartfonlarına təsir göstərir və onların proqram təminatlarının təhlükəsizlik sistemindəki zəifliklər üçün nəzəzrdə tutulmuş ödənişləri təmin edir. Məsələn, “Titan M” təhlükəsizlik çipini pozan kodun tam zəncirini kəşf edən şəxsə 1 milyon dollar mükafat veriləcəyi nəzərdə tutulur. Əgər bu boşluq çipin təqdimatından öncə aşkarlanarsa, mükafat 1,5 milyon dollara çatdırılacaq.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, şirkət proqrama yeni "nominasiyalar" əlavə edib.  Məlumatların oğurlanması və ya ekran kilidinin açma ehtimalını aşkar edənlərə isə 500.000 dollara qədər pul vəd edilib. “Google” şirkətindən verilən məlumata görə, Android Təhlükəsizlik Mükafatları proqramı çərçivəsində artıq 4 milyon dollardan çox pul ödənilib.

Xatırladaq ki, yeni "hakerlər üçün mükafat sistemi" bu gündən fəaliyyətə başlayır. Proqramda iştirak qaydaları və ödənişlərin həcmi barədə “Google”un rəsmi saytından məlumat ala bilərsiniz.

Ted.az

Ən sərfəli krediti almaq üçün müraciət et