Google rəqiblərini geridə qoymaq üçün 3 sualtı kabel çəkir | Banco.az

Google rəqiblərini geridə qoymaq üçün 3 sualtı kabel çəkir

Google şirkəti bulud müştəriləri(cloud customers) uğrunda onun əsas rəqibləri sayılan Amazon Web Services və Microsoftla yarışda onları geridə qoymaq üçün gələn il 3 dənizaltı kabel layihəsini həyata keçirməyi planlaşdırır.

Şirkət bu kabel şəbəkəsinin çəkilişini 2019-cu ildə yekunlaşdırmağı planlaşdırmaqla birinci kabelin Çilidən Los Angelesə, ikincinin ABŞ, Danimarka və İrlandiya, uçüncü kabelin isə Honq Konq və Guam arasında çəkilişini aparacaqdır.

Google şirkətinin bulud platforması üzrə vitse prezidenti Treynor Slos(Treynor Sloss) öz bloq postunda bu investisiyalarla şirkətin öz şəbəkəsini yaxşılaşdıracağını bildirmiş və bəzi hesablamarla dünyanın 25% internet trafikinin yükünün öz üzərinə götürməklə dünyanın ən böyük şəbəkəsinə malik olacağını bildirmişdir. O PayPal kimi şirkətlərin onun şəbəkə və infrastrukturundan səmərəli istifadə etdiyini bildirir.

Ən sərfəli kredit üçün müraciət et

Google ilk olaraq Latın Amerikasındakı bulud müştəriləri üçün kabeli Çilidən Los Ancelesə çəkəcək və onun adını Mariya Küri adlandırmışdır.

Qeyd edim ki, Synergy Research Group şirkəti ABŞ-da Google-un bulud bazarında rəqibinin Amazon olduğunu bildirir və bulud bazarının ilbə il 40% artığını bildirir. Bununla yanaşı araşdırmada Microsoft, Google və Alibababanın Amazondan fərqli olaraq daha çox bulud xidmətlərindən gəlir götürməsi qənaətindədirlər. Bu 4-lük arasında bulud müştərisi uğrunda daha da dərinləşən rəqabət güclənməkdədir.

digitalazerbaijan.az

Ən sərfəli krediti almaq üçün müraciət et