Google öz musiqi xidməti olan Google Play Music-i bağladı | Banco.az

Google öz musiqi xidməti olan Google Play Music-i bağladı

Axtarış nəhəngi Google-un bağlanan tətbiqləri qəbiristanlığında daha bir məzar da ortaya çıxıb. 

Hələ 2020-ci ilin yayında Google öz musiqi xidməti olan Google Play Music-i bağlamaq planlarının olduğunu bildirmişdi. İndi tətbiqin istifadəçiləri ya YouTube Music-ə keçməli, ya da digər şirkətlərdən oxşar xidməti seçməlidirlər.

Belə məqamda Google Music-ə keçid sözün əsl mənasında asan olacaq.

Çünki bu xidmətdə bütün musiqi kitabxananızı yalnız bir kliklə Google Music-ə köçürməyinizə imkan verən funksiya mövcuddur. 

Onu da qeyd edək ki, Google 2011-ci ildən istifadəyə verdiyi Google Play Music-i bağladığını hələ də rəsmi şəkildə bəyan etməyib. 

Bəzi mütəxəssislərə görə, axtarış nəhəngi, demək olar ki, 10 ildə yalnız 15 milyon ödənişli istifadəçi qazanan Google Play Music xidmətini inkişaf etdirməkdə məna görməyib. Müqayisə üçün deyək ki, Apple Music istifadəyə verilən tarixdən bir müddət sonra 50 milyon istifadəçi “toplaya” bildi. Lakin Spotify 130 milyon aktiv pullu istifadəçi cəlb eetməklə bu siyahıda liderdir.

Ən sərfəli kredit üçün müraciət et

ted.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et