Müəllif: Günar Əhmədli, Banco.az
İnternet dünyasında axtarış motorları deyincə ilk ağıla gələn "Google" illər ərzində bir çox fərqli sahədə fəaliyyət göstərib.
Banco.az xəbər verir ki, "Android" və "iOS" əməliyyat sistemləri ilə nəhəng bir sənayeyə çevrilən smartfon və planşet dünyasında "Google" və "Apple" bir-birinə rəqibdir.
Eyni zamanda, hər iki texnologiya nəhəngi bir-birinin məhsullarından istifadə edərək birlikdə işləyirlər. Məlumdur ki, "Google" "iPhone"larda əsas axtarış motorudur.
"The Register"in məlumatına görə, "Google" "iPhone"larda əsas axtarış sistemi olaraq qalmaq üçün "Apple"a hər il yüksək məbləğ (18-20 milyard dollar) ödəyir.
Xəbərdə qeyd edilib ki, bu ortaqlıq risk altındadır. ABŞ tənzimləyiciləri "Google" və "Apple"a nəzarət edirlər. İddialarda həqiqət varsa, federal məhkəmə "Google"a qarşı qərar çıxara və onu "Apple" ilə olan dominant axtarış sistemi müqaviləsini ləğv etməyə məcbur edə bilər.
Bizi sosial şəbəkələrdən izləyin!!