Google Nest-i almasının səbəbləri | Banco.az

Google Nest-i almasının səbəbləri

Google smart temperatur cihazı və tüstü dedektoru Nest üçün 3.2 milyard dollar məbləğ ödədi. Məlumat üçün deyək ki,Nest smart və internet funksiyalarını özündə cəmləşdirən (ağıllı) ev əşyalarını istehsal edən firmadır. Şirkətin CEO’su ,keçmiş Apple işçisi Tony Fadell bundan bəhs edərkən planlarının ”ağıllı ev” qurmaq olduğunu bildirdi və keçmişdə istifadə olunan ya da istifadəyə yararsız əşyaların daha yararlı və müasir tələblərə cavab verəcək şəkildə düzəldildiyini vurğuladı.

Sirkətin hələki 2 mükəmməl cihazı mövcuddur: Nest Thermostat($249) və tüstü və karbon-monoksid qazı əleyhinə Nest Protect ($129).

 Siz temperatur cihazını telefonunuz və ya planşetiniz vasitəsilə idarə edərək,uzaqdan avtomatik şəkildə müəyyən temperaturu seçə bilərsiz. Eyni zamanda siz termostatı Wi-Fi üzərindən də qoşa bilərsiz. Siz hətta evdə olmadığınızda belə cihazın 150 dərəcə aralığında sensorunu telefon ve ya planşetiniz vasitəsilə uzaqdan idarə edərək temperaturu azalda və enerjiyə qənaət edə bilərsiz. https://www.youtube.com/watch?feature=player_embedded&v=L8TkhHgkBsg

Nest tüstü və karbon-monoksid qazı dedektorunun(Nest Protect) həmçinin,internet üzərindən idarə oluna bilən və rənglərlə uyğunlaşdırılmış alarm sistemli funksiyaları vardır. Səsli siqnallarla yanaşı cihazı əl hərəkətləri vasitəsi ilə də idarə edə bilərisiz. Məsələn,batareya azaldığında cihazda sarı rəngdə işıq yanacaqdır və əgər siqnal başlarsa siz əl hərəkəti ilə  (maksimum 8m.uzaqlığından) siqnalı söndürə bilərsiz.

Ən sərfəli kredit üçün müraciət et

 https://www.youtube.com/watch?feature=player_embedded&v=QXp-LYBXwfo

Soz zamanların diqqət çəkən ağıllı texnologiyaları ,məsələn, August smart lock (ağıllı açar),Philips smart light bulb Hue (ağıllı lampoçka) və Samsung T9000 soyuducuları belə Nest qədər diqqət çəkməyib. Baxmayaraq ki,Googleun Nest üçün ödədiyi məbləğ Motorolla Mobility üçün ödədiyindən çox daha az idi, amma Motorolla onu mobil sahədə daha yaxşı bir yerə gətirsə də,Nest onu ağıllı ev əşyaları sahəsində liden bir mövqeyə çatdırdı. Araşdırmalar göstərir ki, şirkətin aylıq satışı təxminən 50.000dən yüksəkdir. 

Banco.az

Aytən Hacımuradova

Ən sərfəli krediti almaq üçün müraciət et