"Google" kriptovalyutalarla bağlı rəsmi qərar verdi | Banco.az

"Google" kriptovalyutalarla bağlı rəsmi qərar verdi

Tamara Mustafayeva, Banco.az

"Google" maliyyə məhsul və xidmətləri üzrə strategiyasını yeniləyib.

Banco.az xarici mətbuata istinadla bildirir ki, iki gün əvvəl qüvvəyə minən qərarla "Google" yenidən kriptovalyuta reklamlarını yayımlamağa başlayacaq. 

Populyar axtarış brauzeri kriptovalyuta xidmətləri təklif edən şirkətlərdən bəzi tələblərə cavab vermələrini istəyəcək. Belə ki, reklam verənlər Maliyyə Cinayətlərinə qarşı Müdafiə Şəbəkəsində və ya ən azı bir ştatda bankçılıq müəssisəsi kimi qeydiyyatdan keçməlidir.

Sözügedən təşəbbüsün "Google"un ana şirkəti "Alphabet" üçün əlavə gəlir mənbəyi təşkil edəcəyi qeyd edilsə də, bu rəqəmin 147 milyard dollarlıq reklam gəlirlərində mühüm paya sahib olacağı gözlənilmir.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, şirkət 3 il idi ki, kriptovalyuta reklamlarının yayımına icazə vermirdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et