Google I/O 2019-da insanları nələr gözləyir? | Banco.az

Google I/O 2019-da insanları nələr gözləyir?

7 mayda başlayacaq Google I/O-da ziyarətçiləri və bütün texnologiya həvəskarlarını gözləyən bir çox yenilik elan olacaq. Konfransa bu il daxil olacağı gözlənilən məhsul və xidmətləri nəzərdən keçirək:

Piksel 3a və Piksel 3a XL

Pixel 3a seriyasının xüsusiyyətləri geniş şəkildə əvvəlcədən yayılmışdı. Cihazlarla əlaqədar ən diqqət çəkən məqam orta səviyyə telefonlar olacağıdır. Cihazların kamera və proqram təminatına sahib olması və qulaqlıq girişlərinin aradan götürülməsi ehtimal olunur. Qiymətlərinin Pixel 3-ə görə olduqca aşağıda olması gözlənilir. Bu da Google Pixel təcrübəsinin bir çox insan üçün əlçatan olacağı mənasına gəlir.

Yeni Ağıllı Ekran Nest Hub

Nest Hub adlı yeni bir cihazın çıxacağına dair söz-söhbətlər olmuşdu. Google Next Hub Max'in bu həftə təqdim edilməsi gözlənilir. Cihazın 10 düym ekran, stereo dinamiklər və görüntülü danışığı təmin edəcək bir kamerasının olması gözlənilir. Kameranın hərəkət sensoru kimi fərqli faydalı xüsusiyyətlərə də sahib olması gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

Google Stadia

İlin əvvəlində elanın ardından Google Stadia haqqında çox məlumat yox idi. Google I/O-dan xidmətə nə qədər xərclənəcəyi və başlanğıc ölkələri haqqında ətraflı məlumat verməsi gözlənilir. Bu an üçün elan olunandan daha çox ölkədə lansman olub olmayacağı bilinmir lakin bu istiqamətdə gözləntilər mövcuddur.

Wear OS və Android TV

Android saat əməliyyat sistemi olan Wear OS ilə əlaqədar bir elan olacağı gözlənilmir. Platforma haqqında ümumi məlumatlandırma ola bilər lakin bu istiqamətdə insanları həyəcanlandıracaq bir yenilik gözlənilmir.

Andorid TV haqqında isə Google'ın son günlərdəki xəbərləri ön plana çıxdı. Buna görə Google Android TV ekosistemi üçün daha çox tətbiq və daha çox təchizat variantları olacağını təsdiqlədi. Bununla yanaşı, bu həftə Android TV haqqında bəzi xəbərlərin olacağı gözlənilir.

Pərvanə Aslanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et