Google insan beyninin 3D xəritəsini hazırladı | Banco.az

Google insan beyninin 3D xəritəsini hazırladı

Tamara Mustafayeva, Banco.az

İnsanların bir-birindən fərqli addımlar atması və davranış müxtəlifliyinin səbəbi insan beyninin mükəmməl quruluşa malik olmasıdır. Google şirkətində işləyən elm adamları və Harvard Universitetində fəaliyyət göstərən Lichtman laboratoriyası insan beyninin nə dərəcədə mürəkkəb olduğunu göstərmək üçün 1,4 petabayt həcmində struktur xəritə hazırlayıblar.

3D texnologiyası ilə hazırlanan xəritədə düşüncə, yaddaş, dil və qavrama kimi idrak funksiyalarının necə formalaşdığını izah edən beyin qabığı əks olunub. Eyni zamanda milyonlarla neyron hissəciyi, 130 milyon sinaps və daha çoxunu özündə birləşdirən ümumilikdə 225 milyon vizuallıq mövcuddur.

Növbəti mərhələrdə isə elm adamları bu parçanı 30 nanometr qalınlığında təqribən 5 min 300 hissəyə bölüblər. Bununla da kompüterdə analiz imkanı yaradan və nəhayət insan beyninin bu vaxta qədərki ən müfəssəl xəritələrindən birini yaratmaq üçün istifadə edilən 225 milyon ayrı-ayrı 2D görüntü formalaşdırılıb. 

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Google tərtib edilən bu 3D xəritənin "insan beyninin ümumi həcminin təkcə milyonda bir hissəsini" əhatə etdiyini söyləyib. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et