Google ilk pərakəndə mağazasını AÇACAQ | Banco.az

Google ilk pərakəndə mağazasını AÇACAQ

Tamara Mustafayeva, Banco.az

Google şirkəti istifadəçiləri təəccübləndirəcək yeni addıma imza atıb. Belə ki, müştərilərin məhsullara toxunub hiss etməsinə imkan yaratmaq üçün bu ilin yay aylarında ilk pərakəndə mağazasını açağını elan edib.

Məlum olduğu kimi, ilkin mərhələdə axtarış brauzeri kimi xidmət göstərməyə başlayan Google müntəzəm olaraq dəyişib təkmilləşərək istifadəçilərə müxtəlif xidmətlər göstərməyə davam edir. Bu dəfə isə tamamilə fərqli addım ataraq fiziki mağaza açmağa hazırlaşır.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Nyu-Yorkda açılması planlaşdırılan "Google Store" mağazası müştərilərə məhsul satmaqla yanaşı, onların problemlərini həll etmək, qüsurlu və ya xarab olmuş məhsulların təmirini həyata keçirməklə texniki xidmət də göstərəcək. 

Pandemiya əleyhinə tədbirlər çərçivəsində hazırda mağaza məhdud sayda müştəri qəbul edəcək və sosial məsafə qaydalarına mütləq riayət edilməsi tələb olunacaq. 

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, sözügedən mağazanın rəsmi açılış tarixi haqqında hazırda dəqiq məlumat olmasa da, yaxın günlərdə bəlli olacağı gözlənilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et