Google dünyanın ən böyük reklam bilbordunu kirayələdi | Banco.az

Google dünyanın ən böyük reklam bilbordunu kirayələdi

Google, New Yorkun məşhur meydanı Times Squaredə, dünyanın ən böyük və ən bahalı rəqəmsal reklam bilbordunu kirayəyə götürən ilk şirkət oldu. Reklam lövhəsi səkkiz qat yüksəkliyindədir. Dörd həftəlik kirayəsi  2,5 milyon dollar olaraq təxmin edilir.

Bir futbol meydanı böyüklüyündə olan ekran, Marriot Marquis otelinin yan tərəfinə quraşdırılmışdır. Ətrafından hər gün 300.000 piyada keçdiyi təxmin edilir.

Ən sərfəli kredit üçün müraciət et

Bilbordda, Googlenin reklamı başlayana qədər, bir həftə boyunca təbiətdən ilham alan rəqəmsal sənət parçaları göstəriləcək. Bilbordun açılışını yüzlərlə turist izləyib. ABŞ texnologiya nəhənginin bilbordu yanvar 2015-ci ilə qədər kirayəyə götürdüyü bildirilir.

Ən sərfəli krediti almaq üçün müraciət et