Müəllif:Mehin Qasımova,Banco.az
"Google" növbəti dörd il ərzində Almaniyada məlumat mərkəzləri və digər əməliyyatlara 5,5 milyard avro sərmayə qoymağı planlaşdırır.
Banco.az xəbər verir ki, bu barədə şirkət nümayəndələri Berlində Almaniya nazirləri ilə görüşdə bildiriblər.
Frankfurt ərazisində iki məlumat mərkəzinin tikintisi planlaşdırılır.
"Google" Almaniya şirkətinin baş direktoru Filip Yustus mətbuat konfransında deyib:
"Biz investisiyalarımızın Almaniyada hər il cəmi 9 minə yaxın iş yerinin yaradılmasını gözləyirik. Avropa ölkələri məlumat mərkəzlərinə üstünlük verirlər, çünki qitə liderləri texnologiya və süni intellektdə daha da geriləmədən ehtiyat edirlər".
Keçən həftə "Nvidia Corp" və "Deutsche Telekom" Münhendə 2026-cı ilin əvvəlində açılması planlaşdırılan 1 milyard avro dəyərində məlumat mərkəzi qurmağı planlaşdırdıqlarını açıqladılar.
