Google-dan yenilik - Artıq bank hesablarını burada idarə edə biləcəksiniz | Banco.az

Google-dan yenilik - Artıq bank hesablarını burada idarə edə biləcəksiniz

Banco.az xarici mətbuata istinadla bildirir ki, Google şirkətinə yaxın mənbədən verilən məlumata görə, şirkət gələn ildən etibarən istifadəçilərinə cari bank hesablarını daha rahat idarə etmə imkanı yaratmağı planlaşdırır. “Cache” adlanan bu layihənin reallaşdırılması üçün şirkət hazırda “Citigroup” və Stenford Universitetinin kredit ittifaqı ilə əməkdaşlığa başlayıb.

“Biz istifadəçilərimizin cari bank hesablarını Google Pay sistemi vasitəsilə idarə etmələri üçün banklar və kredit təşkilatları ilə əməkdaşlıq üzrə araşdırmalar həyata keçiririk. Layihə çərçivəsində əməkdaşlıq edəcəyimiz maliyyə qurumlarının müştərilərinin pulu FDIC or NCUA sığortalı hesablarda (Əmanətlərin Sığortalanması üzrə Federal Korporasiyanın tələblərinə cavab verən bank hesabı)” saxlanılacaq. Maliyyə əməliyyatlarının həyata keçirilməsi, hesabların yoxlanılması və tənzimləyicilərlə əlaqələrin qurulması tərəfdaş bankların öhdəliyindədir” deyə şirkətin sözçüsü bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Şirkətin ödəmə xidmətlərinin vitse-prezidenti və rəhbəri Sezar Sengupta isə istifadəçi məlumatlarının gizli qalacağını və sözügedən layihə ilə istifadəçilərinin faydalı tətbiqlərdən və büdcə analizlərindən yararlanmasına imkan yaratmağı hədəflədiklərini vurğulayıb.

Həmçinin oxu: Google haqqında bilmədiyiniz 14 qeyri-adi fakt

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et