Google-da ən çox axtarılan sənətkarların ölkələr üzrə xəritəsi tərtib edildi | Banco.az

Google-da ən çox axtarılan sənətkarların ölkələr üzrə xəritəsi tərtib edildi

Tamara Mustafayeva, Banco.az

Məlum olduğu kimi, pandemiyanın əvvəlindən bəri dünyada və ölkəmizdə bir sıra müvafiq tədbirlər görülməkdədir. Ötən ilin əvvəlindən bəri əksər incəsənət mərkəzləri, teatr və kinoteatrlar, əyləncə salonları, muzey və sərgi zalları fəaliyyətini dayandırmalı olmuşdur. Bu müddət ərzində insanların onlayn resurslara daha çox meyl etməsi səbəbindən bir çox virtual incəsənət yönümlü xidmətlər təqdim edilməyə başlandı. Məsələn, onlayn muzey gəzintisi kimi bəzi xidmətlər həvəskarlarının böyük marağına səbəb oldu. İndi isə "Dünyanın ən məşhur sənətkarlarının əsərlərinin nümayiş etdirildiyi məxsusi muzey fəaliyyət göstərsəydi, hansı sənətkar hansı ölkəni təmsil edərdi?" sualından yola çıxaraq bir araşdırma həyata keçirilib.

Ken Bromley Art Supplies saytı tərəfindən toplanan Google məlumatlarına əsasən Leonardo Da Vinçi, Frida Kalo və Pablo Pikasso kimi sənatkarların da daxil olduğu xəritə tərtib edilib. Qeyd edək ki, bu xəritədəki adlar Google axtarış brazuerləri vasitəsilə ən çox axtarılan şəxsiyyətlərdir.

Leonardo Da Vinçi 82 ölkədə adı ən çox axtarış edilən şəxs olmaqla birinci pillədə, Frida Kalo isə 29 ölkəlik göstərici ilə ikinci pillədə qərarlaşıb. 24 ölkədə axtarış edilən Vinsent van Qoq isə üçüncü pillənin sahibidir.

Şimali Amerikada ən populyar sənətkarlar

Ən sərfəli kredit üçün müraciət et

Avropada ən populyar sənətkarlar

Asiyada ən populyar sənətkarlar

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et