Google-da axtarış edərkən bu SƏHVLƏRƏ yol verməyin! | Banco.az

Google-da axtarış edərkən bu SƏHVLƏRƏ yol verməyin!

Tamara Mustafayeva, Banco.az

Google şirkətinin aparıcı araşdırma mütəxəssisi Daniel Russell istifadəçilərin axtarış edərkən ən çox yol verdikləri 3 səhvi açıqlayıb.

Google şirkətinin axtarış brauzeri çox uzun müddətdir ki, həyatımızın əvəzedilməz hissəsinə çevrilmişdir. Hətta “Google-lamaq” deyə bir ifadə belə dilimizə daxil olub. Google axtarış brauzerində axtarıb tapa bilməyəcəyiniz demək olar ki, heç nə yoxdur. Bununla belə, bəzən istifadəçilər axtardıqlarını tapmaqda çətinlik çəkirlər. Bunun səbəbi isə düzgün formada axtarış edilməməsidir.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Google şirkətində axtarış keyfiyyəti və istifadəçi məmnunluğu üzrə layihələr həyata keçirən aparıcı araşdırma mütəxəssisi Daniel Russell istifadəçilərin Google-da axtarış edərkən yol verdikləri üç xətanı açıqlayıb.  

Russellin şirkətdəki vəzifələrindən biri insanların Google axtarış brauzerindən gündəlik həyatlarında necə istifadə etdiklərini daha yaxşı başa düşmək üçün araşdırmalar aparmaqdır. Onun mövzu ilə bağlı apardığı araşdırmalar isə sözügedən yanlışların ortaya çıxması ilə nəticələnib.

Daniel Russellin bildirdiyinə görə, insanların Google-da hər hansı bir şey axtarış edərkən ən çox yol verdikləri səhvlər aşağıdakılardır:

Hər hansı bir mözunu araşdırarkən təkcə bir Google axtarışı etmək

Russellin söylədiyinə görə, bir Google axtarışı adətən bir mövzu haqqında bilgi əldə etmək üçün kifayət deyildir. Xüsusən də, sözügedən mövzu qarışıq və geniş əhatəlidirsə... Bu səbəbdən də, Russell bir mövzu ilə bağlı daha müfəssəl və dəqiq informasiya əldə etmək üçün ən az iki axtarış etməyi məsləhət görür.

Müəyyən bir axtarış nəticəsi əldə etmək üçün sorğunu təşkil etmək

Russellin aşkara çıxardığı digər bir vərdiş isə hər hansı bir sualın konkret cavabının olmaması halını nəzərə almadan məxsusi sual ünvanlanmasıdır. Məsələn, molyusklar tipinin başıayaqlılar sinfinə aid səkkizayaqlar adlı dəniz canlısının orta hesabla uzunluğunun nə qədər olduğunu öyrənmək üçün axtarış etdiyinizi fərz edək. Cavabın 21 inç olduğunu eşitmiş olarsınız, ancaq əmin olmadığınız üçün axtarış edərək dəqiqləşdirməyə qərar verirsiniz.

Ən sərfəli kredit üçün müraciət et

Bu halda “bir səkkizayaqlının orta hesabla uzunluğu 21 inç” yazaraq axtarış etmək əvəzinə, “bir səkkizayaqlının orta hesabla uzunluğu” yazaraq axtarış etməyiniz lazımdır. İlk versiyada axtarış etdiyiniz zaman Google doğru olmasa belə, cavab olaraq 21 inçi göstərən axtarış nəticələrini siyahılaşdıracaqdır. Bu səbəbdən də, Russell sorğunuza müəyyən bir cavab verilməsinə səbəb olacaq ifadələrdən istifadə etməməyinizi tövsiyə edir.

Tanış olmayan ifadələrin olduğu axtarış nəticələrini nəzərə almamaq

Russell umid verici görünən, ancaq bizə tanış olmayan ifadələrin olduğu axtarış nəticələri ilə qarşılaşdığımız zaman həmin nəticələri görməzdən gəlməyin doğru olmadığını bildirir. Çünki bu zaman bəlkə də məhz sizə lazım olan informasiyanı gözdən qaçırmış olacaqsınız.

Russell mövzu ilə bağlı belə bir nümunə gətirir:

“Nə üçün yay aylarında üzümdə ağ ləkələr görürəm” formasında axtarış edən insan ilk sıralarda çıxan nəticələrin içərisində “hipopiqmentasiya” ifadəsi keçdiyi üçün onu nəzərə almır. Qeyd edək ki, hipopiqmentasiya termini normal dəri tonundan daha açıq olan ləkələri ifadə etmək üçün istifadə edilir. Ancaq axtarışı edən şəxs sözügedən terminin mənasını bilmədiyi üçün axtardığı məlumatı özündə ehtiva etməsinə baxmayaraq bu axtarış nəticəsinə diqqət yetirmədi.

Həmçinin oxu: Google haqqında bilmədiyiniz 14 qeyri-adi fakt

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram