Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanın internet bazarında bu ilin fevral ayında “Google Chrome” brauzerinin payı 71.51% faiz təşkil edib.
Banco.az “statcounter”ə istinadən xəbər verir ki, cari ilin yanvar ayı ilə müqayisədə “Google Chrome”un payı 6.91% azalıb.
“Safari” brauzerinin bazar payı 9.32% təşkil edib. Yanvar ayı ilə müqayisədə bu göstərici 1.08% azalıb.
“Samsung Internet” brauzerinin payı isə 4.15%-ə bərabər olub ki, bu da 1 ay əvvəllə müqayisədə 0.61% azdır.
Bizi sosial şəbəkələrdən izləyin!!