Müəllif: Tamara Mustafayeva, Banco.az
“Google” Chrome brauzerinə Gemini süni intellekt modelini inteqrasiya edərək indiyə qədərki ən genişmiqyaslı yeniləmələrindən birini təqdim edib.
Banco.az xəbər verir ki, ABŞ-dakı Mac və Windows istifadəçiləri üçün təqdim olunan bu yenilik, brauzeri sadəcə bir veb-səhifə yükləyicisindən çıxarıb şəxsi rəqəmsal asistenta çevirir.
Yeni Chrome artıq məqalələri xülasələşdirə, bağladığınız səhifələri xatırlada, alış-veriş seçimlərini müqayisə edə və hətta təqvim görüşlərinizi təşkil edə bilir. İstifadəçilər artıq yalnız axtarış qutusuna sorğu yazmaqla kifayətlənməyib, ekrandakı məzmun əsasında kontekstə uyğun söhbət tərzində qarşılıqlı əlaqə qura bilirlər.
Gemini-nin Chrome-dakı imkanları olduqca genişdir. Süni intellekt baxış tarixindən və açıq vərəqlərdən tutmuş YouTube, Google Xəritələr, Sənədlər və Təqvim kimi bir çox xidmətlə əlaqə yarada bilər və məzmunla bağlı suallara cavab verə bilər. “Vasitəçi baxış” funksiyası sayəsində isə məhsul qiymətlərini yoxlamaq, formaları doldurmaq və ya rezervasiya təyin etmək kimi təkrarlanan tapşırıqları istifadəçi adından yerinə yetirə bilir.
“Google” bu proseslərin heç birinin istifadəçi təsdiqi olmadan həyata keçirilməyəcəyini xüsusi vurğulayır.
Bizi sosial şəbəkələrdən izləyin!!
