“Google” şirkəti bugün 19 yaşını qeyd edir. Bu münasibətlə onun saytının baş səhifəsinin bütün illər ərzində necə dəyişildiyini sizlərə göstərmək istəyirik. Saytın əsas səhifəsi, 2015-ci ildən dəyişməyib. 10-20 ildən sonra nəyin olacağını düşünmək çətindir. Lakin tam əminliklə demək olar ki, dizayn həmişəki kimi bilinən olacaq. Ad günün mübarək Google.
Maksimum minimalistik tərzdə olan sayt dizaynı (1998-ci il)

Google-ın ilk beta versiyası. Hər kəsə tanış olan loqo (1999-cu il)

Google, 1 milyarddan çox sayt tanıyır (2000-ci il)

Sayta qovluqlar əlavə olundu. Şəkilləri birbaşa axtarmaq mümkün oldu (2003-cü il)

Loqo dəyişildi. Qovluqlar aradan qaldırıldı (2010-cu il)

Loqo yastı oldu (2013-cü il)

Loqonun şrifti dəyişildi (2015-ci il).

Mənbə: technote.az
