Müəllif:Ayşən İmanova/Banco.az
"Google" Finlandiyadakı məlumat mərkəzinin genişləndirilməsinə 1 milyard avro sərmayə qoyacağını açıqlayıb.
Banco.az xəbər verir ki, “Google” şirkəti yaşıl enerjiyə asanlıqla keçid edə bilmək məqsədilə Finlandiyanın Hamina şəhərindəki məlumat mərkəzini genişləndirmək üçün 1 milyard avro (1,1 milyard dollar) sərmayə qoymağı planlaşdırır.
Məlumat mərkəzinin yaratdığı istiliyin Hamina şəhərini təmin etmək üçün istifadə ediləcəyi və şəhərin ümumi istiliyinin 80%-ə qədərini təşkil edəcəyi bildirilib.
Qeyd olunur ki, mərkəzin genişləndirilməsi 2024-cü ildən 2025-ci ilə qədər olan dövrdə onun heyətinin dörddə bir - 500 nəfərə qədər artırılmasını nəzərdə tutur.
Bizi sosial şəbəkələrdən izləyin!!