Müəllif:Ayşən İmanova/Banco.az
Türkiyənin Rəqabət Şurası “Alphabet”ə məxsus “Google” şirkətini ölkədə rəqabət qaydalarını pozduğu üçün 75 milyon dollar cərimələyib.
Banco.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Türkiyə tənzimləyicisi "Google"u ölkənin reklam bazarındakı dominant mövqeyindən sui-istifadə etməkdə ittiham edib. Qurumdan bildirilib ki, "Google" öz xidmətini istifadəçilərə təklif etməklə SSP reklam platformalarının axtarışını təhrif edib. Bu, "Google"un rəqiblərinin işinə mane olub.
Qeyd olunur ki, "Google" altı ay ərzində rəqiblərin əlverişsiz vəziyyətdə qalmamasını təmin etməli və üçüncü tərəf xidmət təminatçılarına öz xidmətlərinə tətbiq olunan eyni şərtləri təqdim etməlidir.