Google Assistant danışığı 44 dilə tərcümə etməyi öyrəndi | Banco.az

Google Assistant danışığı 44 dilə tərcümə etməyi öyrəndi

Demək olar ki, bir il əvvəl Google Las-Veqasda (ABŞ) keçirilən CES 2019 texnologiya sərgisində Google Assistant səs köməkçisinin yeni xüsusiyyətini – 27 fərqli dildə tərcüməni təqdim etmişdi. İndi bu funksiya daha da təkmilləşdirilərək mobil cihazlara əlavə edilir.

iOS və Android əməliyyat sistemlərində çalışan smartfon istifadəçiləri Google Assistant tətbiqini tərcüməçi rejimində istifadə edərək xaricilərlə ünsiyyət qura bilərlər. Funksiya xarici dil bilməyən səyahətçilər üçün faydalıdır – o, yolu soruşa, kafedə nəsə sifariş edə və ya başqa mədəniyyətin nümayəndələri ilə söhbət etməyə imkan verir.

Ən sərfəli kredit üçün müraciət et

İndi Google səs köməkçisi 44 dildə tərcüməni mümkün edir. Üstəlik, yeni versiyada danışdığınız dili özünüz seçə bilərsiniz (əvvəllər belə bir seçim yalnız avtomatik olaraq həyata keçirilirdi).

Şifahi nitqi tez bir zamanda tərcümə etməyə imkan verən Google Assistant-ın yenilənmiş versiyası Pixel 4 Google smartfonları üçün artıq mövcuddur. Səs köməkçisinin ingilis dilli versiyası internet bağlantısı olmadan da fəaliyyət göstərə bilir. Google-un vurğuladığı kimi Pixel 4 smartfonları üçün Google köməkçisi əvvəlki nəsil cihazlarına nisbətən daha sürətli işləyir.

Ted.az