Google artıq gəzərkən telefona baxanlara xəbərdarlıq edəcək | Banco.az

Google artıq gəzərkən telefona baxanlara xəbərdarlıq edəcək

Tamara Mustafayeva, Banco.az

Google smartfon istifadəçilərinin gəzərkən telefon istifadə etməsi halında xəbərdarlıq edəcək "Heads Up" adlı yeni funksiyanı aktivləşdirib. 

2020-ci ilin noyabr ayında Google-un Rəqəmsal Sağlamlıq tətbiqinin yeni versiyası analiz edilərkən "Heads Up" adlı qeyri-adi funksiya ortaya çıxmışdı. Həmin vaxt hələ sözügedən funksiya yayımlanmasa da, təqribən beş ay sonra ilk dəfə Amerikada istifadəyə verildiyi məlum idi. İndi isə bir neçə gün əvvəl Hindistanlı twitter istifadəçilərindən biri Pixel 4A smartfonunda "Heads Up" funksiyasının aktiv olduğunu əks etdirən fotoşəkilləri profilində yayımlayıb.

Güman ki, bu funksiya avtomobil qəzalarının qarşısını almaq məqsədilə istifadəçilərin gəzərkən başlarını dik tutmasını təmin etmək üçün yaradılıb. Bir sözlə yolda gəzərkən əgər əlimizdəki telefonun ekranına baxırıqsa, telefon özü bizə xəbərdarlıq edəcək.

Digital Wellbeing Heads Up feature setup screen with description and Next buttonDigital Wellbeing Heads Up settings

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, "Heads Up" funksiyası "Rəqəmsal Sağlamlıq" tətbiqinin daxilində aktivləşdirilib. Hazırda sözügedən funksiya təkcə Google Pixel cihazlarında istifadəyə verilsə də, digər Android smartfonları üçün əlçatan olub-olmayacağı şirkətdən rəsmi açıqlama gəlməyi üçün hələ ki, bəlli deyil.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et