3 il əvvəl Google şirkəti 25 milyon dollar ödəyərək .app domenini aldı. Və görünən odurki, artıq Technote.app adında saytlar görməyə başlayacıq. 7 May etibarı ilə öncədən sifariş edilərək Google-dan alına bilməsi mümkün olan bu domen, 8 May-dan etibarən digər domen servisləri tərəfindən də satıla biləcək.
Premium Domen-lər arasında olan .app domeni proqramlar və mobil tətbiqlər üçün daha ideal olacaq. Və Google qeyd etdiyinə görə, şirkətlər tərəfindən çox tələbat var.
Ən sərfəli kredit üçün müraciət et
Lakin bu domenin istifadəsi üçün Google tərəfindən qoyulan bir şərt var: Bu domeni istifadə edəcək saytlar HTTPS şifrələmə ilə qorunmalıdır. Mozilla şirkətinin statistik məlumatlarına görə, internet saytlarının sadəcə 32%-i HTTPS şifrələməsini dəstəkləyir. Google-un bu tələbi.app domeninin zərərli saytlar üçün istifadəsini məhdudlaşdırmaq olması deyilir. Qeyd edək ki. artıq Google bəzi protokol dəyişiklikləri səbəbi ilə mobil telefonlarda Chrome brauzerinin 68.versiyası ilə birliktə HTTPS şifrələməsi olmayan saytları təhlükəli olaraq kateqoriyalaşdıracaq.
technote.az