Google "Apple"a milyardlar ödəməli olur | Banco.az

Google "Apple"a milyardlar ödəməli olur

Google şirkəti Apple korporasiyasına 3 milyard dollar ödəyib ki, 2017-ci ildə iPhone və iPad qurğularında axtarış saytı olaraq, təqdim olunsun, yəni telefonun özü tərəfindən (by default) təqdim olunan proqram kimi.  Bu haqda, Bernstein analitik şirkətinin məlumatlarına istinad edən CNBS yazır.

Bernstein analitikləri qeyd edir ki, Google şirkəti Apple-a onun qurğularında öncədən yüklənmiş axtarış saytı kimi yer almaq üçün daha öncə də, yəni 2014-cü ildə də 1 milyard dollar ödəyib. Bu gəlirlər Apple üçün “xidmətlər” seqmentindən olan məfəətin böyük qismini təşkil edir və demək olar ki, ümumilikdə əməliyyat mənfəətinin 5%-ni formalaşdırır.

Ən sərfəli kredit üçün müraciət et

Analitiklər ehtimal edir ki, Google Apple-a etdiyi bu ödənişlərdən imtina da edə bilər, sadəcə şirkət bunun üçün öz axtarış sisteminin yetərincə populyarlığına və istifadəçilərin onu həmin qurğulara yükləyəcəyinə əmin olmalıdır. Belə halda Apple öz qurğularında Google axtarış sistemini öncədən telefona əlavə edilmiş proqram şəklində təqdim etməyəcək.

Digər tərəfdən məhz İOS qurğularında təmsil olunma Google-un mobil axtarışlardan olan gəlirinin 50%-ni formalaşdırır və ona görə də belə bir müqavilədən imtina etmək məqsədəuyğun görünmür. 

Ən sərfəli krediti almaq üçün müraciət et