“Google” “Apple”a 20 milyard dollar ödəyib | Banco.az

“Google” “Apple”a 20 milyard dollar ödəyib

Müəllif:Ayşən İmanova/Banco.az

“Google” öz eyniadlı məhsulunu “iPhone”, “iPad” və “Mac”da Safari-də defolt axtarış sistemi etmək üçün “Apple”a 20 milyard dollar ödəyib.

Banco.az xəbər verir ki, “Google”un ana şirkəti “Alphabet” 2022-ci ildə “Apple”a “Google”u “Safari”də defolt axtarış sistemi etmək üçün 20 milyard dollar ödədiyi məlum olub.

Bildirilir ki, nə “Google”, nə də “Apple” bu barədə heç vaxt rəsmi şəkildə açıqlama verməyib. Bu haqda məlumat Ədliyyə Departamentinin “Google”a qarşı antiinhisar iddiası çərçivəsində açıqlanan məhkəmə sənədlərindən əldə edilib. ABŞ Ədliyyə Nazirliyi “Google”u internet axtarışında monopoliyada ittiham edib. 

“Apple” ilə müqavilə “Google” üçün ən vacib müqavilələrdən biri sayılır və o 2002-ci ildən qüvvədədir. O zaman Apple bunu tamamilə təmənnasız edirdi, lakin sonradan hər iki şirkət gəlirləri bölüşməyə qərar verdi. 

2021-ci ilin may ayından etibarən şirkətin axtarış sistemini standart axtarış sistemi olaraq saxlamaq üçün ayda 1 milyard dollar ödədiyi qeyd edilir. Daha sonra “Google”un onlayn reklamdan əldə etdiyi gəlirin 36%-ni “Apple”a ödədiyi məlum olub. Sonuncu dəfə 2022-ci ildə əməliyyat məbləği 20 milyard dollar təşkil edib. 
Bu məbləğ “Google” və “Apple” arasındakı münasibətlərdə rekord məbləğ hesab edilir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, “Google” antiinhisar iddiasında məğlub olarsa , “Apple” və “Google” arasındakı sövdələşmə sona çata bilər. Ədliyyə Departamenti və “Google”bu həftə işlə bağlı  öz arqumentlərini təqdim edəcək. Hakimin qərarı bu ilin sonunadək gözlənilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et