"Google" ani tərcümə eynəklərinin istehsalını dayandırıb | Banco.az

"Google" ani tərcümə eynəklərinin istehsalını dayandırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Google” şirkəti sinxron tərcümə edə bilən "Project Iris" AR cihazının istehsalını dayandırmaq qərarına gəlib.

Banco.az xəbər verir k, bir neçə il əvvəl virtual reallıq dalğası bir çox texnologiya şirkətlərini fiziki və rəqəmsal dünyaları bir araya gətirmək üçün eynəklər hazırlamağa sövq edirdi. Ancaq o vaxtdan sonra rəqabət səngidiyi və şirkətlərin əsas diqqəti süni intellekt texnologiyalarına yönəldiyi üçün AR cihazlarını bazara çıxarma yarışı da zəifləyib.

“Google” da bu amillərə görə "Project Iris" eynəklərinin istehsalını dayandırmaq qərarına gəlib. Üstəlik, şirkətin AR və VR rəhbəri Klay Bavor da “Google”dakı vəzifəsini tərk edib.

Məlumat üçün qeyd edək ki, ötən il “Google I/O” tədbiri zamanı elan edilən “Iris”in ilkin məqsədi real vaxt rejimində müxtəlif dilləri tərcümə etmək və naviqasiyaya kömək etmək idi. Cihazın sınaqdan keçirilməsinə “Apple”ın Vision Pro cihazı ilə rəqabət apara bilməsi üçün gələn ilin əvvəlində buraxılışa hazır olması məqsədilə bu ay başlanması nəzərdə tutulurdu. Ancaq şirkətin qərarı ilə sözügedən layihə vaxtsız dayandırılıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et