Google - Android: Haqsız Rəqabət | Banco.az

Google - Android: Haqsız Rəqabət

Avropa Birliyinin araşdırmasına görə Google-un bazarda dominantlıq şəraitinin yaratdığına dair vəziyyət sübut edilərsə, bu Google üçün 11 milyon dollara qədər cəriməyə səbəb olacaqdır. Avropa Birliyi Google-u lisenziya işlərindən istifadə edərək, Google Search və Maps kimi tətbiqlərə alternativ tətbiqlərin, smartfonlara yazılmamasında və anti-rəqabət mühitinin yaradılmasında günahlandırır.

Avropa Birliyi nə vaxt haqsız rəqabət məsələsinin araşdırmasına başladı?

2015-ci ilin aprelində, Avropa Komissiyası Google şirkətinin Avropa Birliyinin haqsız rəqabətlə bağlı qanununu pozaraq, anti-rəqabət razılaşmalarına daxil olması və yaxud bazarda mümkün dominantlıqdan sui-istifadə haqqında rəsmi araşdırmalara başladı. Bütün bu fəaliyyətlərin rəqib əməliyyat sistemlərinin bazara daxil olmasına və öz məhsullarını təmin etməsinə mane olduğunu irəli sürən Avropa Komissiyası bir ölçü götürmək məcburiyyətində idi.

Avropada Apple-ın İOS əməliyyat sistemi xaricində ən çox istifadə olunan əməliyyat sistemi Android sayılan zaman Avropa Komissiyası bunun səbəbini araşdırmaq üçün araşdırmalara başladı. Və bütün bunların eyni zamanda Microsoft Windows Mobile və Blackberry əməliyyat sistemlərinin bazardan çıxması ilə eyni zamana təsadüf etməsi şübhələri kəskinləşdirdi. Komissiya 3 istiqamətli araşdırmaya başladı:

  • Google, həqiqətən də, qanunsuz olaraq rəqib mobil applikasiyalarının bazara daxil olmasına mane olmuş və məhsullarını təklif etməsinə və ya əvvəlcədən Google məhsullarının smartfon və tablet istehsalçıları tərəfindən müştərilərə təklif olunmasına təhrik etmişdirmi ?
  • Google, həqiqətən də, smartfon və tablet istehsalçılarına başqa applikasiyaları və Androidin digər potensial rəqabət doğuracaq digər servislərini yükləməyə mane olmuşdurmu?
  • Və, həqiqətən də, Google qanunsuz olaraq rəqib applikasiyaların bazara daxil olmasına və məhsullarını təklif etməsinə, onların fəaliyyətlərini limitləyəcək məhsulları bazara çıxardırmı?

Avropa Birliyi Google-a qarşı ittiham irəli sürdümü?

Ən sərfəli kredit üçün müraciət et

2016-cı ilin aprelində, Avropa Birliyi Rəqabət işləri üzrə Komissioneri Margrethe Vestager Google-a “Etirazlar bəyanatı” göndərdi hansı ki, bəyanatda Google Avropa Birliyinin haqsız rəqabətlə bağlı qanunlarını pozmaqla və bazardakı dominant pozisiyasından istifadə edərək Android istehsalçılarına və mobil şəbəkə operatorlarına məhdudiyyətlər yaratmaqda günahlandırılırdı. Google cavabında ümumi bazardakı yerini qoruyub saxlamaq və gücləndirmək strategiyasından istifadə etdiyini bildirdi. Avropa Komissiyası üçün araşdırmaların bitmə tarixi dəqiq müəyyən edilməsə də, Brusseldən olan açıqlamalara görə məsələ ilə bağlı qərarın 2018-ci ildə Avqustan əvvəl ictimaiyyətə açıqlanacağı gözlənilir.

Sevinc Hüseynova, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et