Google Android cihazlarda rəqib brauzerlərə icazə verdi | Banco.az

Google Android cihazlarda rəqib brauzerlərə icazə verdi

Tamara Mustafayeva, Banco.az

Google şirkəti Avropada axtarış brauzerlərinin Android xidmətləri arasında istifadəçilərə ödənişsiz seçim kimi göstəriləcəyini açıqlayıb. Bununla da, rəqib axtarış brauzerləri Android cihazlarda əlçatan olacaq.

Şirkətin direktoru Oliver Bethell dünən Google bloq səhifəsində yazdığı məqalədə, "Hazırda seçim ekranında müvafiq axtarış brauzerləri üçün əlçatanlığı ödənişsiz hala gətirmək də daxil olmaqla bir çox yeniliklər üzərində işləyirik", deyə bildirib.

"StatCounter"in məlumatına görə, Google Avropa İttifaqına daxil olan hər ölkədəki özü də daxil olmaqla ən populyar beş müvafiq axtarış brauzerinin ekranın üst hissəsində təsadüfi sıra ilə görünəcəyini, alt hissədə isə maksimum yeddi ədəd brauzerin əks oluncağını açıqlayıb. 

Xatırladaq ki, hazırda dünyadakı smartfonların 80%-nin əməliyyat sistemi olan Android cihazlarda istifadəçilərin üstünlük verdikləri axtarış brauzelərinin seçdikləri ekranda görünməsi üçün 2019-cu ildən bəri müəyyən ödəniş tələb edilirdi və Avropa ölkələri üçün ümumilikdə dörd rəqib şirkətin brauzeri Android ekranlarında görünürdü. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et