Google-a 5 milyard dollardan çox cərimə: O, milyonlarla istifadəçinin baxış tarixçəsi məlumatlarını siləcək | Banco.az

Google-a 5 milyard dollardan çox cərimə: O, milyonlarla istifadəçinin baxış tarixçəsi məlumatlarını siləcək

Müəllif:Mehin Qasımova/Banco.az

Google 5 milyard dollardan çox təzminat ödəyəcək.

Banco.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-da fəaliyyət göstərən onlayn məlumat toplama şirkəti Google-un "anonim" rejimdə aparılan axtarışların qeydlərini saxladığı səbəbilə 5 milyard dollardan çox təzminat ödəməyə və şəxsi axtarış məlumatlarını silməyə razı olduğu bildirilir.

Məlumata görə, Google onlayn axtarışda anonim seçimdən istifadə etmələrinə baxmayaraq, məlumatları icazəsiz istifadə edilən 50 iddiaçını təmsil edən üç hüquq firması ilə razılığa gəlib.Google milyonlarla istifadəçinin baxış tarixçəsi ilə bağlı məlumatları siləcək.

Təxminən 4 il əvvəl də açılan iddiada Google, anonim axtarış seçimindən istifadə edərək hər kəsin fəaliyyətini necə izlədiyi barədə istifadəçiləri çaşdırmaqda ittiham olunurdu.ABŞ Ədliyyə Departamenti Google-a qarşı monopoliya siyasəti həyata keçirdiyini iddia edərək biri 2020-ci ildə, digəri isə 2023-cü ildə olmaqla iki ayrı "antiinhisar" iddiası qaldırıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et