Gömrüyün xəttilə büdcəyə 15 faiz çox ödənilib | Banco.az

Gömrüyün xəttilə büdcəyə 15 faiz çox ödənilib

Bu ilin may ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 341 milyon 638,5 min manat vergi və rüsumlar daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 43 milyon 583,7 min manat və yaxud 14,6% çoxdur.

DGK-dən verilən məlumata görə, hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji ayı ilə müqayisədə 11 milyon 680,5 min manat və ya 15,07% artaraq 89 milyon 138,3 min manat olub.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin ƏDV üzrə daxilolmaların həcmi 26 milyon 785,3 min manat və ya 13,3% artaraq 228 milyon 733,8 min manat, aksizlər 4 milyon 638,1 min manat və ya 29,9% artaraq 20 milyon 141,1 min manat, yol vergisi üzrə daxilolmalar isə 479,8 min manata və ya 15,2% artaraq 3 milyon 625,3 min manat təşkil edib.

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et