Azərbaycanda getdikcə daha çox iş adamı və şirkət idxal-ixrac əməliyyatlarına qoşulur. Dövlət Gömürük Komitəsindən verilən məlumata görə 2018-ci iln 7 ayında Azərbaycanda xarici ticarətlə məşğul olan şəxslərin sayı isə 13 934 olub. Bunlardan 5 min 563-ü hüquqi şəxs, 8 min 371-i isə fiziki şəxslərdir. Xarici ticarətlə məşğul olan hüquqi şəxslərin də 198- dövlət sektoruna, 5 min 361-i özəl sektora aiddir.
Ötən ilin eyni dövründə xarici ticarətlə məşğul olan şəxslərin sayı 9 865 idi. Başqa sözlə, belə şəxslərin sayı bu il 4 min 69 və ya 41,2% artıb. Bunlardan 4 min 720-i hüquqi şəxs, 5 min 145-i isə fiziki şəxsin payına düşür. Hüquqi şəxslər üzrə ticarət edənlər dövlət sektoru 201, özəl sektor 4 519 təşkil edib.
Ötən illə müqayisədə xaricdə ticarət edən hüquqi şəxslərin sayı 840 və ya 17,8%, fiziki şəxslərdə 3226 yəni 62,7% artım müşahidə edilib.
fed.az