Gömrükçülər yanvarda büdcəyə ödənişləri 1% artırdı | Banco.az

Gömrükçülər yanvarda büdcəyə ödənişləri 1% artırdı

Bu ilin yanvar ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 333,701 milyon manat vergi və rüsum daxil olub ki, bu da ötən ilin yanvar ayı müqayisədə 4,056 milyon manat və yaxud  1,2% çoxdur.

DGK-dən məlumata görə, hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumları illik müqayisədə 7,881 milyon manat və yaxud 10,3% artaraq 84,361 milyon manat olub.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin ƏDV üzrə daxilolmalar 2,856 milyon manat və yaxud 1,2% artaraq 235,905 milyon manat, aksizlər 7,183 milyon manat və yaxud 42,6% azalaraq 9,679 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 501 min manat və yaxud 15,4% artaraq 3,756 min manat təşkil edib.

Report

Ən sərfəli krediti almaq üçün müraciət et