Gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 6% artıb | Banco.az

Gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 6% artıb

Bu ilin yanvar-avqust aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 2 810,1 milyon manat təşkil edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,2% çoxdur.

Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 17,7% artaraq 762,46 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 1,6 % artaraq 1 913,1 milyon manat, aksizlər üzrə daxilolmalar 18,3% artaraq 106,388 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 16,4 % artaraq 28,1 milyon manat olub.

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et