Gömrük Komitəsinin büdcəyə ödəmələri açıqlandı | Banco.az

Gömrük Komitəsinin büdcəyə ödəmələri açıqlandı

Dövlət Gömrük Komitəsi iyul ayında dövlət büdcəsinə 340 milyon 211 min manat vəsait toplayıb.

Bu məbləğin 84 milyon 126 min manatı gömrük rüsumu, 241 milyon 428 min manatı ƏDV, 11 milyon 816 min manat aksizlər, 2 milyon 840 min manatı isə yol vergisi olub.

Ümumilikdə bu ilin əvvəlindən ilk 7 ayda Gömrük Komitəsi dövlət büdcəsinə 2 milyard 360 milyon 037 min manat vəsait toplayıb. Ötən ilin eyni dövrü ilə müqayisədə yığılan vəsait 4,8% azalıb. Xatırladaq ki, ötən liin 7 ayında DGK büdcəyə 2 milyard 478,5 milyon manat  vəsait toplamışdı.

2020-ci ildə gömrük xətti ilə büdcəyə yığımların məbləği azalsa da, dövriyyəni nəzərə aldıqda yığımın effektivliyi yüksəlib. Məsələ bundadır ki, 2020-ci ildə xarici ticarət dövriyyəsi daha kəskin azalıb. Bu ilin ilk 6 ayında (7 ayın nəticələri hələ açıqlanmayıb) Azərbaycanın xarici ticarət dövriyyəsi 34% azalaraq 12 676 milyon dollar təşkil edib. Ölkəyə idxal isə 41% azalaraq 4 milyard 989 milyon dollar olub.

Ən sərfəli kredit üçün müraciət et

Başqa sözlə, dövriyyə və idxal 35-41% azaldığı halda gömrük yığımlarında cəmi 4,8% geriləmə olub. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et